AZ / EN / RU
Şəxsi kabinet
HAQQIMIZDA/FİZİKİ ŞƏXSLƏRƏ/HÜQUQİ ŞƏXSLƏRƏ/MÜŞTƏRİ XİDMƏTLƏRİ/ƏLAQƏ

“Meqa Sığorta” ASC-nin yeni filialı açıldı

04 aprel, 2018

“Meqa Sığorta” ASC regionlarda fəaliyyət dairəsini genişləndirmək məqsədi ilə Lənkəran şəhərində yeni - “Cənub” filialının açılışını həyata keçirmişdir.

Ölkənin bütün cənub bölgəsini əhatə edən filial, xüsusilə Lənkəran şəhəri və Lerik, Astara, Yardımlı, Masallı, Cəlilabad rayonları üzrə fiziki və hüquqi şəxslərə “Meqa Sığorta” ASC-nin bütün növ sığorta xidmətləri və məhsullarını təqdim edəcək, eləcə də, sığorta hadisələrinin tənzimlənməsini həyata keçirəcək. Yeni filial cənub regionu üzrə müştəri xidmətləri  keyfiyyətinin daha da artırılması və sığorta hadisələrinin daha operativ tənzimlənməsinə xidmət göstərəcək.

Hal-hazırda sığorta şirkətinin Bakı ofislərindən əlavə olaraq Sumqayıt, Mingəçevir, Lənkəran şəhərlərində, Qobustan,  Şəmkir, Şamaxı, Zaqatala, Xaçmaz, Xudat, Ağsu, Ağcəbədi rayonlarında geniş filial və nümayəndəlik şəbəkəsi ilə təmsil olunur.

Xatırladaq ki, Meqa Sığorta ASC  fəaliyyətə 2010-cu ildə başlamışdır. Şirkət müştərilərə 30 könüllü və 3 icbari sığorta növü üzrə sığorta xidmətləri təklif edir. Müştərilərinin maraq və ehtiyaclarını diqqətə almaqla yüksək səviyyəli müştəri  xidmətləri təklif etmək üçün daima öz üzərində çalışan “Meqa Sığorta” ASC peşəkar və etibarlı tərəfdaş olmaqla müştərilərinə qayğısız və arxayın həyat təmin etməyi özünə başlıca məqsəd seçmişdir.