AZ / EN / RU
Şəxsi kabinet
HAQQIMIZDA/FİZİKİ ŞƏXSLƏRƏ/HÜQUQİ ŞƏXSLƏRƏ/MÜŞTƏRİ XİDMƏTLƏRİ/ƏLAQƏ

“Meqa Sığorta” ASC-nin növbəti yeni filialı açıldı!

29 sentyabr, 2016

“Meqa Sığorta” ASC regionlarda fəaliyyət dairəsini genişləndirmək məqsədi ilə Quba şəhərində yeni - “Şimal” filialının açılışını həyata keçirmişdir.

Ölkənin şimal rayonlarını əhatə edən filial, xüsusilə Quba, Qusar, Xaçmaz və Xudat şəhərləri üzrə fiziki və hüquqi şəxslərə “Meqa Sığorta” ASC-nin bütün növ sığorta xidmətləri və məhsullarını təqdim edəcək, eləcə də, sığorta hadisələrinin tənzimlənməsini həyata keçirəcək. Açılmış yeni filial şimal regionu üzrə müştəri xidmətləri  keyfiyyətinin daha da artırılması və sığorta hadisələrinin daha operativ tənzimlənməsinə xidmət göstərəcək.

Hal-hazırda “Meqa Sığorta” ASC Bakı ofislərindən əlavə olaraq Sumqayıt, Mingəçevir, Gəncə, Lənkəran, Astara, Şəmkir, Şamaxı, Şəki, Zaqatala, Xaçmaz, Xudat, Ağsu və Şirvan şəhərlərində geniş filial və nümayəndəlik şəbəkəsi ilə təmsil olunur.

Xatırladaq ki, Meqa Sığorta ASC  fəaliyyətə 2010-cu ildə başlamışdır. Şirkət müştərilərə 28 könüllü və 3 icbari sığorta növü üzrə sığorta xidmətləri təklif edir. Müştərilərinin maraq və ehtiyaclarını diqqətə almaqla yüksək səviyyəli müştəri  xidmətləri təklif etmək üçün daima öz üzərində çalışan “Meqa Sığorta” ASC peşəkar və etibarlı tərəfdaş olmaqla müştərilərinə qayğısız və arxayın həyat təmin etməyi özünə başlıca məqsəd seçmişdir.