AZ / EN / RU
Şəxsi kabinet
HAQQIMIZDA/FİZİKİ ŞƏXSLƏRƏ/HÜQUQİ ŞƏXSLƏRƏ/MÜŞTƏRİ XİDMƏTLƏRİ/ƏLAQƏ

Şirkətin missiyası və dəyərləri

“Meqa Sığorta” ASC-nın missiyası təklif etdiyi xidmət və etibarlılıq səviyyəsini yüksəltmək yolu ilə müştəri məmnuniyyətinin artırılması istiqamətində çalışmaqdan ibarətdir. Dəyərlərimiz düzgünlüyü, insani dəyərləri,  keyfiyyəti, rəqabətliliyi özündə cəmləşdirir. Hər zaman düzgün qərarlar qəbul etməyi, qəbul etdiyimiz qərarlarda ümumilli dəyərlərə sadiq qalmağı öndə tutduq. Biz asan olanı deyil, düzgün olanı edirik. Düzgünlük Bizim sığortamızdır, o bizə səhvlərdən uzaq olmağımıza təminat verir. Təşkilat daxilində öz davranışlarımıza, təyinatımıza və vəzifəmizə dair məsuliyyət daşıyırıq. Fərdlərə məsuliyyət veririk və bacarıqlarından məsuliyyət ilə istifadə edəcəklərinə etibar edirik. Cəmiyyətin inkişafı fərdlərin inkişafa doğru atdıqları addımlar ilə gerçəkləşir. Bu inkişafda pay sahibi olmaq qürurverici bir hissdir. Keyfiyyətli idarəetmə müştərilərin ehtiyaclarını əvvəlcədən başa düşmək, ənsəmərəli həll yollarını vaxtında həyata keçirməkdir. Keyfiyyətli idarəetmə müştərilərin ehtiyaclarını müəyyənləşdirən işlərin səmərəli təşkilini dizayn və istehsal prosesinin planlaşdırılmasını, məhsul və xidmətlərinin çatdırılmasını həyata keçirir. Rəqabət etməyi sevirik və inanırıq ki, bu bizdə olan ən yaxşı imkanları ortaya çıxardır. Bu imkanlar fəaliyyətimizin hər bir sahəsini əhatə edir. Texnologiyanın inkişafı, eyni zamanda, maliyyə sektoruna da öz müsbət təsirini göstərmişdir. Bu inkişafın nəaliyyətlərindən istifadə edərək daha üstün və operativ xidmət göstərməyə nail olmaq lazımdır. Bu kimi inkişafın əsasında təhsilin müstəsna rolu vardır. Məhz elmin nəaliyyətlərindən uğurla yararlanmaqla rəqabətə davamlı tərzdə öndə olmaq mümkündür.