AZ / EN / RU
Şəxsi kabinet
HAQQIMIZDA/FİZİKİ ŞƏXSLƏRƏ/HÜQUQİ ŞƏXSLƏRƏ/MÜŞTƏRİ XİDMƏTLƏRİ/ƏLAQƏ

Tərəfdaşlıq proqramları

Quick Pay

“Meqa Sığorta” ASC müştərilərinə daha bir yenilik təqdim edir. Müştərilər artıq rahat, vaxt itirmədən və dünyanın istənilən nöqtəsindən sığorta haqqlarının ödəmələrini internetdə bank kartları vasitəsilə həyata keçirə bilərlər. Bu sürətli, müasir və tələb olunan ödəmə imkanının rahatlığı ondan ibarətdir ki, xidmət 24 saat ərzində və onlayn rejimində verilir. Onlayn ödənişlər tanınmış və çox istifadə olunan “VISA” və “MasterCard” beynəlxalq ödəniş sistemlərinin təhlükəsizlik standartları üzrə xüsusi sertifikasiya keçmiş ödəmə sistemi vasitəsi ilə dərhal həyata keçirilir. Onuda qeyd etmək lazımdır ki, ödəmə səhifəsi müxtəlif dillərdə fəaliyyət göstərir: Azərbaycan, İngilis və Rus.

AG Bank

“Meqa Sığorta” ASC öz müştərilərinə sığorta haqqını taksit kart vasitəsi ilə ödəmək imkanı yaradıb. Bu kimi sərfəli  imkan “AG BANK” ilə əməkdaşlıq çərçivəsində yaradılıb. Müştərilər bankın “Hezz Card” taksit kartı vasitəsilə sığorta haqqını ödəyib, sonra həmin pulu bir neçə ay ərzində, faizsiz banka qaytara bilərlər. Həmin kart ilə yanaşı AG Club kartı təqdim olunduqda müştəri nəyinki faizsiz kredit, hətta bütün növ könüllü sığorta məhsullarına 5% endirim əldə edir. Bundan əlavə, müştəri yalnız AG Club kartını təqdim etdikdə 15% endirim qazanır. 

YapiKredi Bank Azərbaycan

Dünyanın böyük kredit kartlarından biri olan World, artıq “Meqa Sığorta” Şirkətinin istifadəçilərinə də fürsətlərlə zəngin təkliflər irəli sürür. Müştərilər bu sərfəli kart vasitəsi ilə hissə-hissə ödəniş imkanından istifadə edib, 3-12 ay arası rahat bir şəkildə geri ödəyə bilərlər. Bununla yanaşı, Worldcard-ın təklif etdiyi əlavə xidmət və imtiyazlar ilə daima fərqli və etibarda hiss edəcəklər. Yapıkredi Bankın taksitli kartı Azərbaycanla yanaşı, Türkiyə, Rusiya və Dubayda da ödəmə xidmətlərini təklif edir.